1 həftədir ki, dünyanın məşhur telekanalları Peugeot-nun yeni RCZ modelinin reklam kampaniyasına başlayıb. Reklam çarxı öz avantürist xarakteri ilə diqqəti çəkir.


Reklamda avtomobilin polis radarlarına, müşahidə kameralarına meydan oxuyacağına gizli işarə var: Peugeot RCZ dolanbac dağ yolu ilə o qədər sürətlə hərəkət edir ki, yol boyu quraşdırılmış və ona tuşlanmış onlarla fotokameranın heç biri avtomobilin şəklini çəkə bilmir. Reklam kampaniyası “Həyəcanı yaxala” adlanır.

İlk modeli 2010-ci ildə buraxılan RCZ-in yeni modeli daha dinamik və sportivdir. Avtomobilin interyer dizaynı və xarici görünüşü xeyli dəyişikliyə uğrayıb. Artıq 50 min ədəd satılan RCZ yığcam idman avtomobili kimi Avropada liderdir.

Yenilənmiş RCZ 8 rəng çeşidində, 1,6 l mühərrik tutumu ilə benzinli – 155, 200 at gücü ilə və 2.0 dizel mühərriki ilə 160 at gücü ilə buraxılıb.