Samsonite şirkəti "Saatchi & Saatchi" (Brüssel) təşkilatı tərəfindən hazırlanmış “Hər saniyədən həzz alın” yeni reklam kampaniyasını təqdim edib. Səyahətə səsləyən “Samsonite By Your Side” strategiyasının bir hissəsi olan kampaniya bütün Avropada yayımlanacaq.
Kampaniyanın diqqət mərkəzində "Hər saniyədən həzz alın" şüarı altında hər səyahətin həyəcanlandırıcı anları və əldə edilən təcrübə olub. Səyahətçilərin öz rahatlıq zonalarından kənar, təəcüblü yerlər, səslər və qoxular ilə dolu anlar reklam çarxında nümayiş olunub.
Kampaniyanın əsas mənası ondan ibarətdir ki, “hər hansı bir vəziyyətdən asılı olmayaraq səyahətçilərin qiymətsiz əşyaları Samsonite çantaları ilə toxunulmaz qalacaq.”