Ford ABŞ-da “Ford Fiesta” modelinin son versiyasını reklam edir. Artıq şirkət “2014 Ford Fiesta” haqqında müxtəlif üsullarla danışa biləcək 100 şəxsdən ibarət komandasını yığır. "Fiesta Movement: A Social Remix" adlı layihə istifadəçilərlə qarşılıqlı təsirə əsaslandırılıb.
Layihənin əsas məqsədi — məqsədli auditoriyaya 20-30 yaş arası olan gənclərin vasitəsilə yeni avtomobilin üstünlükləri haqqında məlumat verməkdir. İştirakçılar sosial şəbəkələrin istifadəçiləriylə Ford Fiesta maşınını idarə etmə təcrübələrini bölüşə biləcəklər, Ford isə, nəşr üçün ən yaxşı və ən məşhur hekayələri götürərək www.fiestamovement.com saytında paylaşacaq.
İştirak etmək istəyənlər 30 aprel 2013 tarixinədək müraciət edərək bacarıqlarını və istedadlarını paylaşa bilərlər. Ford müxtəlif vəzifələri yerinə yetirmək üçün 100 agent seçəcək. Həmçinin marka agentlərin də iştirak edəcəkləri “American Idol”, “X Games” və musiqi festivalları da daxil olmaqla bir sıra məşhur amerika şousunu da layihəyə cəlb edəcək.