Jim Beam şirkətinin Yapon bazarı üçün nəzərdə tutulan yeni 17 saniyəlik reklam çarxında baş rolda Leonardo Di Kaprio çəkilib.


Aktyor xarizmasından istifadə edərək çarxda bir çıtma ilə stəkan üzərindəki buz parçasını çatladır.


Bundan sonra, o, buzla dolu stəkana viski süzür və "Cool Burbon. Jim Beam." kəlmələrini deyir.