Dior Miss Dior Natali Portman-ın çəkildiyi "La vie en rose" ətiri üçün reklam çarxını buraxdı. Çarxda Edit Piaf-ın məşhur mahnısının Pop-kaver saundtrek-i istifadə olunub.
Çarxın süjetinin kinematoqrafiyası ilk dəfə amerika teleefirində "Oskar" mükafatının təqdimat gecəsində buraxılıb.
Natali Portman və rejissor Sofiya Koppola (Sofia Coppola) Dior-la ilk dəfə deyil ki əməkdaşlıq edir. 2011-ci ildə onlar "Miss Dior Cherry" adlı digər bir ətirin çəkilişlərində birlikdə çalışmışdılar.
"Miss Dior is the heart and soul of the House of Dior, a link between the worlds of Parfumerie and Haute Couture" — şirkətin saytında qeyd olunub. İlk dəfə 1947-ci ildə buraxılmış ətir Dior stilində xanımlığı və zərifliyi təcəssüm edir.