İlk növbədə çantalar və şərfləri ilə tanınan Fransız markası Hermès, yeni "Vive Le Sport" ("Yaşasın idman") bahar kampaniyasına başlamışdır.
Markanın youtube kanalında, rejissor Simon Cahn tərəfindən çəkilmiş üç qısa çarx yerləşdirilib. Videolarda Hermès-dən olan müxtəlif aksessuarlar nümayiş olunur.
Həmçinin könül oxşayan interaktiv sayt hazırlanıb. Burada istifadəçilər şəkillərə "klik" edərək markanın kolleksiyalarını əks etdirən videolardan həzz ala bilərlər.