Amerikalı rejissor Brayn De Palma “Ehtiras” filmində Peugeot 208-ə, demək olar ki, baş rollardan birini verib. Şirkətin rəhbəri öz işçisinin - bacarıqlı, gənc və gözəl qadının həyata keçirmək istədiyi ideyanı oğurlayır. Gənc qadın intiqam almaq qərarına gəlir və cinayət planı hazırlayır… öz sevimli maşınında. 208 isə bu plandan heç bir zədə almadan çıxır.

30 milyon dollar büdcəsi olan filmdə əsas rollara Rachel McAdams, Naomi Rapace və Paul Anderson çəkiliblər. Film 69-cu Venesiya film festivalında təqdim olunub. Filmin dünya premyerası fevralın ortasından başlayıb.

Qeyd edək ki, 2012-ci ildə Amerikada 220 min Peugeot 208 satılıb. Köhnə dünyada isə bu avtomobil daha məşhurdur. Peugeot 208 Irlandiyada ölkənin ən vacib motor nominasiyası olan “ilin kontinental avtomobili” mükafatını alıb. Fransa və Slovakiada istehsal olunan model 2012-ci ilin yazından bütün Avropa ölkələri üzrə satışa çıxarılıb və nəzərdə tutulan vaxtdan əvvəl tükənib.

Oktyabrda 208 modeli Avropada artıq B segmenti üzrə 2-ci yeri, bazar dəyəri üzrə isə 5-ci yeri tutub. Bundan başqa müxtəlif koteqoriyalar üzrə bir sıra Avropa ölkələrində (Hollandiya və Portuqaliyada 1-ci, Fransa və Norveçdə 2-ci, Belçika, İtaliya və Luksemburqda 3-cü yer) uğurlar qazanıb.