Fortune jurnalı dünyanın ən nüfuzlu şirkətlərin illik reytinqini dərc etdi. Apple 6-cı ildir ki, 50 şirkətdən ibarət siyahıya başcılıq edir. Ondan sonra isə siyahıda Google, Amazon, Coca Cola, Starbucks, IBM, Southwest Airlines, Berkshire Hathaway, Walt Disney FedEx kimi şirkətlərin adı çəkilir. Siyahıda bütün TOP-10-un şirkətləri Amerika şirkətləridir. İlk Avropa şirkəti BMW isə 14 yerdə qərarlaşıb.






Fortune jurnalına əsasən, Apple-ın səhimlərinin qiyməti aşağı düşməsinə və tənqidlərə baxmayaraq, 2012-ci ilin 4 rüb ərzində 13 milyard dollar gəliri ilə texnonəhəng maliyyə lideri olaraq qalır. Markanın dəyişilməz bünövrəsi (fanları) var və bu məhsulun qiymətindən asılı deyil, çünki iPhone və iPad əvvəlki kimi ən nüfuzlu cihazlar olaraq qalırlar.




İkinci yerdə insanların şüurunda ən cəlbdici iş yeri kimi qalan texnonəhəng Google şirkətidir.




Siyahıda üçüncü yerdə olan Amazon.com birmənalı olaraq aşağı qiymətlər, müştəri xidmət sistemi və bütün dünyada inkişaf sürəti ilə rəqiblərini qabaqlayır.




Son zamanlar piylənmə ilə mübarizə və sağlam həyat tərzinin təbliğat tendensiyaları müşahidə etməyimizə baxmayaraq, dünyada ən məhşur qazlı içki istehsalçısı ən olaraq qalır. Asiyada Coca-Cola və Diet Coke klassik içkilərinin yüksələn məşhurluğu ilə yanaşı vitominləşdirilmiş sular və Minute Maid şirələri Coca Cola şirkətinə milliardlar qazandırır.




Fortune jurnalının təqdim etdiyi 50 ən nüfuzlu şirkətlərin tam siyahısı ilə buradan tanış ola bilərsiniz.