“Facebook” şirkəti “Microsoft”-un “Atlas” adlanan reklam platformasını satın alıb. “Atlas” platforması elan verənlər üçün reklam kampaniyasının keçirilməsinin effektivliyini qiymətləndirməyə, göstəricilərini internetdə digər kampaniyalarla müqayisə etməyə imkan verəcək.
Hazırda “Facebook” saytında elan verənlərin əksəriyyəti “Atlas” platformasından istifadə edir. “Facebook” şirkəti reklamı “Atlas” platforması vasitəsilə yalnız öz saytında deyil, həm də tərəfdaşlarının saytlarında yerləşdirə biləcək.