Moda evi Gucci qadınları, onların hüquq və səlahiyyətlərini müdafiəsi istiqamətində vəsait yığmaq məqsədi ilə ulduzları "Chime For Change" adlı yeni layihəsində topladı. Mügənni Beyonce, aktrisa Salma Hayek və Gucci-nin kreativ direktoru Frida Giannini üç məsələyə: təhsil, səhiyyə və ədliyyəyə yönəlmiş qlobal proqramın simaları seçildi.



Hayek Kaliforniyada TEDxWomen rəsmi tədbirində proqramın başlanmasını elan etdi və layihənin bir hissəsi kimi ilk 10 qısa çarxı təqdim etdi. Aktrisalar Meril Strip və Julia Roberts layihəyə dəstək olan ulduzlar siyahısındadırlar. Qadınların ruhlandırıcı hekayə oxuduqları layihənin Facebook-səhifəsi artıq 7500-dən çox "like" toplayıb.



Chime for Change qadınların həyatını yaxşılaşdırılmasına yönələn platforma əsasında Catapult şirkəti iləəməkdaşlıq edir. Hazırda Catapult 38 ölkədən 50-təşkilatları özündə birləşdirir və öz Chime for Change bazasını təqdim edəcək.