Antikorrupsiya kampaniyası çərçivəsində Çin hakimiyyəti "liderlər üçün hədiyyələr" kontekstində dəbdəbəli əşyaların TV və radioda reklamını qadağan etmişdir. Тhe Financial Times-ın yazdığına görə, məmurlar bu cür reklamın əhalinin hakimiyətə olan inamını qıra bilməsindən ehtiyyat edirlər.
Son aylarda Çində evlər, bahalı saatlar və digər lüks atributlar sahibləri olan məmurların iştirakı ilə eyni vaxtda bir neçə korrupsiya qalmaqalları baş vermişdir.
Çinin gələcək prezidenti Xi Jinping korrupsiyanın iqtidarda olan kommunist partiyasının məhvinə səbəb ola biləyəcəyindən ehtiyyat edərək "Pələnglər və milçəklər", yəni korrupsiya hesabına zənginləşən həm yüksək vəzifəli məmurlara, həm də orta səviyyəli qulluqçulara yönəlmiş antikorrupsiya kampaniyasına başlayıb.
İndiyə qədər Çin televiziya və radiosu bahalı saatları, sikkə kolleksiyaları və nadir markaları müşaiyət edən "rəhbərə hədiyyə", "müdiriyyətə hörmət et" və ya "premium hədiyyə" kimi reklam şüarları ilə dolu idi. Belə reklamlar barəsində Xi Jinping bəyan etmişdir ki, onlar düzgün olmayan dəyərlər sistemi yaradırlar, bu da cəmiyyət arasında pis əhvalın yaranmasına səbəb ola bilər. Belə reklamların telekanalların və radiostansiyaların efirlərindən yığışdırılması əmri verilmişdir.
Reklam məhdudiyyətlərinin tətbiqindən əvvəl Xi Jinping mülki qulluqçulardan banketlərə az xərc sərf etməyi, hərbiçilərdən isə rəsmi tədbirlərdə spirtli içkilərdən imtina etməyi tələb etmişdir.