İnternet şəbəkəsində domen məkanının idarəedicisi ICANN korporasiyası bu gündən etibarən aprelin 12-dək bütün arzu edənlərdən yüksək səviyyəli domenlərin qeydiyyatı üçün ərizələrin qəbuluna başlayır. İndi ünvanların ənənəvi .com, .org və ya .az kimi sonluqların əvəzinə praktiki olaraq istənilən sözdən, hətta latın dilində olmayan sözlərdən istifadə etmək mümkün olacaq.
Belə domen üçün qeydiyyat haqqı 185 min dollar təşkil edir.
Bu plan ilk dəfə olaraq rəsmən 2011-ci ilin iyununda səsləndirilib və .com, .net və ya .org kimi orijinal domenərlə birlikdə mövcud olacaq domen zonaların sərbəst qeydiyyatını nəzərdə tutur.
Lakin yeni domen sisteminin işə salınması üzrə real qrafikin hələ ki mövcud olmadığı nəzərə alınsa, bunun uzunmüddətli olacağı gözlənilir. ICANN nümayəndələri bildirirlər ki, yüksək səviyyəli domenlərin qeydiyyat qaydasına ciddi şəkildə nəzarət edərək müəllif hüquqlarının pozulması ilə qeydiyyat üçün göstərilən cəhdlərin qarşısını alacaqlar.