Bayır reklam operatoru olanRuss Outdoor "Nə olursa olsun!?" layihəsi çərçivəsində yeni sosial reklama başlayıb. Hazırlanmış reklamların Moskva, Vladivostok, Belqorod, Ekaterinburg, Volqoqrad, İrkutsk, Çelyabinsk və Rusiyanın digər şəhərlərində yerləşdirilməsi üçün Russ Outdoor-un konstruksiyalarından istifadə olunur. Bu kampaniyada operatorun 500-dən artıq reklam sahələri istifadə olunur.
Kampaniyanın bir hissəsi "Mələk deyil, amma qoruyandır" şüarı altında sərxoş vəziyyətdə avtomobillərin idarə edilməsi probleminə yönəldilmişdir. Kreativ ideyanın müəllifi kimi Movie kommunikasiya qrupunun tərkibində olan ANYBODYHOME agentliyi çıxış etmişdir. Kreativlər eyni tərzdə olan posterləri iki variantda hazırlayıblar.
Reklamlar sürücüləri risk etməməyə və taksi xidmətindən istifadə etməyə çağırır ki, bu alternativ mövcud imkanların ən adekvatı hesab olunur.
Reklamların digər hissəsi sürücülərə "təkərlər"-i olmayanlara münasibətdə daha diqqətli və səliqəli olmağı yada salır. Şüar belədir: "Zolaqlara qədər sürəti azalt".
Rəsmi statistikaya görə Rusiyada baş verən yol nəqliyyat hadisələrinin üçdə biri piyadaların iştirakı ilə baş verir ki, onlardan da hər dördüncüsü "zolaqlar"-ın üstündə olur. Sükan arxasında sərxoşluğa gəldikdə bu səbəb qəzalar da geniş yayılmışlardandır. Yol Hərəkəti Təhlükəsizliyi Dövlət İnspeksiyasının təsdiq etdiyi statistikaya əsasən 2012-ci ilin on ayı ərzində Rusiya yollarında baş vermiş 10000 hadisə sərxoş sürücülərin hesabına qeydə alınmış, RF Səhiyyə Nazirliyinin məlumatına əsasən isə keçirdiyi sorğuda iştirak edən respondentlərin 42-i %-nin ən azı bir dəfə sükan arxasında sərxoş vəziyyətdə olmaları müəyyən edilmişdir. Onlardan 15%-i "avtomobili sərxoş, amma səliqəli vəziyyətdə idarə etdiyim vaxtlar" barədə, daha 2.7% sorğu olunanlar müntəzəm olaraq sükan arxasında içmələri barədə etiraf etmişlər.
Əvvəllər "Nə olursa olsun!?" layihəsi çərçivəsində motosıkllar, yollarda olan uşaqlar və piyadaların təhlükəsizliyi problemlərinə həsr edilmiş reklamlar da istifadə olunub, həmçinin yaradıcılar avtomobili idarə edərkən telefondan istifadə etmə risklərini də yaddan çıxarmayıblar.
"Nə olursa olsun!?" özündə Russ Outdoor -un cəmiyyətin probləmlərinin həllinə yönəltdiyi geniş miqyaslı sosial təşəbbüsünü əks etdirir. Layihənin əsas məqsədi - hər bir insanın ətraf mühütün yaxşılaşması üçün sərbəst olaraq addım atmasını yada salır. Layihənin təşəbbüsü böyük xarici və rus reklam agentliklərinin əməkdaşlığı tərəfindən həyata keçirilir. 2010-cu ildən parlaq sosial müraciətləri əks etdirən üç böyük kampaniya ərzində 9 flight yerləşdirilmişdir, həmçinin passiv və qadın siqaret çəkmələrə, uşaqlar yanında siqaret çəkmələrə, evsizlərə paltar yığımı ilə bağlı təbliğatlara kütləvi posterlər hazırlanmışdır.