Dubayda qeyri-standart reklam kampaniyası keçirildi və iki məşhur kino qəhrəman obrazı sözün əsl mənasında havada asılaraq "Lite" popkornunu reklam etdilər.
Məlum olduğu kimi, ingilis dilindən tərcümədə lite (light variantı) "yüngül", "az kalorili" kimi tərcümə olunur. Y&R Dubai agentliyinin vasitəsilə yeni məhsulun adını vurğulamaq üçün yüngüllük mövzusü ilə bağlı məşhur sirk fokusu istifadə olunub. Məhsul o qədər yüngüldür ki, insan onu dadan zaman uçduğu əks olunur. Reklamçılar isə bunu şəxsi nümunə kimi nümayiş etdiriblər.