Niderlandlı top-model "Lara Stoun" Calvin Klein "Push Positive" qadın alt paltarlarının kolleksiyasının reklam kampaniyasında iştirak etdi. Çarxda model "push-up" effektiylə lifçiyi reklam edir.
Kampaniya "Push it good" şüarı ilə kobud dildə cinsi əlaqəni bildirən ikinci mənaya malikdir.
Lara Stoun models.com nəşrinin versiyasına görə, Top 50 model arasında ən gözəl model seçilib və indiyədək birinciliyini saxlayır.