Dünyada nəhəng sərnləşdirici içkilər istehsalçısı PepsiCo, son dəfə 1996-cı ildə yenilədiyi butulka dizaynında dəyişiklik etməyə hazırlaşır.
Yeni 0,6 litrlik butulkanın dizaynının butulkanın alt qisiminin tutmağı asanlaşdırması şəklində hazırlandığı görünür. Şüşənin üzərindəki etiket də kiçildilərək şüşənin içindəki içkinin daha çox görünməsi təmin edilir.
Apreldə istifadəsinə başlanacaq butulkaların bazardakıların yerini tamamilə tutması prosesinin bir ya da iki il çəkəcəyi gözlənilir.
Şirkətin, butulkalarını dəyişdirərək marka imicində yeniliyə getməyə çalışdığı bildirilir. Pepsi, beləliklə son illərdə Coca-Colaya “qapdırdığı” bazar paylarını da geri almaq istəyir.
Pepsi satışlarını artırmaq üçün ABŞ-da Amerika futbol liqasının final nümayişləri üçün çox illik müqavilə bağlayıb. Reklamlarında da məşhur müğənni "Beyonce"ni istifadə edən firmanın yenə də keçən il satışlarında 4 faiz eniş azalma baş verib.