Bəzən Facebook-da dostlarla hansısa bir faciəli xəbəri bölüşmək və"Like" düyməsini klikləmək istəyirik, lakin ehtiramsızlıq kimi görünər deyərək, bunu etmirik.


Buna görə də, "DDB Worldwide" agentliyi bu vəziyyətdən çıxış üçün qırmızı ürəkcik təsviriylə öz "I Care" düymə variantını təklif edir hansı ki, faktiki olaraq "Like" düyməsi kimidir və eyni funksiyaları yerinə yetirir. Yeni düymə "insanlara sosialla, xeyriyyəylə və hətta siyasi fəaliyyətlə bağlı bu və ya digər hadisələrə və ya təşəbbüslərə laqeyd olmadıqlarını" bildirmək üçün yaradılıb. Artıq "I Care" düyməsi "MTV Voices" saytında yoxlanılır - digər standart düymələrin mətn, foto və ya videonun yanında yerləşir.
DDB New York-un yaradıcı direktoru "Mett İstvud" (Matt Eastwood) bildirir ki ,"I Care" düyməsi "Like" düyməsinə münasib əlavədir və otel bloqerləri kimi, həm sosial problem və hərəkətlərin müzakirəsi üçün, həm də aktiv sosial mövqeyin qəbuluna insanlara ilham vermək məqsədilə təşkilatlar tərəfindən istifadə oluna bilər. İndi artıq auditoriya bu və ya digər informasiyanı yalnız "like" etmək imkanı ilə yanaşı, "I care" düyməsini klikliyərək müxtəlif mövzuları, uşaq əməyinin istifadəsindən, təbii kataklizmlərə və yoxsulluq problemlərinədək vacib məlumatları dostlarla bölüşərək" münasibət bildirə biləcəklər.
Agentlik bloqerlərə və sayt sahiblərinə, səhifədə paylaşımlar etmək məqsədilə icare-movement.com saytında qeydiyyatdan keçmək üçün uyğun kodun alınmasına imkan yaradır. DDB agentliyi həmçinin qeyd edir ki, zamanla eyni düymələr digər sosial şəbəkələrə (xüsusən də Google+ -da) "müxtəlif problemli vəziyyətlərin ətrafında insanları birləşdirmək, insanlar arasında informasiyaları yaymaq və beləliklə də onları bu və ya digər problemlərin müdafiəsinə səsləmək məqsədilə" yaradılması planlaşdırılır. Ola bilsin ki, gələcəkdə sayt sahibləri xeyriyyəçiliyə və müxtəlif aktivitilərə dəstək olaraq xahişlərin imzalanmasına vəsait yığımı üçün bu düymədən istifadə etsinlər. Agentlik həmçinin www.icare-movement.com saytında hansı xəbərlərin ən böyük rezonansa malik olduğunu təhlil edəcək və uyğun statistika tezliklə ictimaətə təqdim olunacaq.
2011-ci ilin sentyabr ayında Facebook sosial şəbəkəsi istifadəçilərə funksiyalar üzrə "listening", "want", "reading" kimi digər uyğun düymələri analoji olaraq klikləməyə və kontentlə bölüşməyə imkan yaradan "Facebook Gestures" adlı seçim təqdim etdi.