Pepsi və Beyonce 2012-ci ildən başladıqları yaradıcılıq əməkdaşlığını davam etdirirlər. 180 LA agentliyi tərəfindən hazırlanmış markanın yeni “Live for Now” adlı qlobal təşəbbüsü fanları "burada və indi", amma keçmişi xatırlayaraq yaşamağa motivə edir.
Beyonce-un “Grown Woman” adlı mahnısının səsləndiyi Pepsi Max-ı reklam edən ilk "Mirrors" ("Güzgülər") çarxı 70 ölkənin televiziyasında yayımlanacaq. Çarxı "Crazy in Love" klipinin müəllifi olan rejissor Ceyk Nava (Jake Nava) çəkib.
Sevimli içkisi ilə məşqdən sonra güzgü qarşısında istirahət edən müğənni birdən-birə özünün altı müxtəlif əksini görür və keçmiş səhnə tərzlərinə məxsus rəqs hərəkətlərini təkrarlamağa başlayır. Sonda isə, keçmiş simalar ilə güzgülər qırılaraq mərkəzdə əsl Beyonce qalır və müğənni "Keçmişi xatırlayıb bu gün üçün yaşa" sözlərini deyir.
Global Beverages Group-un rəhbəri Bred Ceykmen (Brad Jakeman) bildirib ki, "Beyonce-dan yaxşı heç kim "indi yaşamaq" ideyasını təcəssüm etdirə bilməz."