“Shapeways” şirkəti Nyu-York-un “Eys” mehmanxanasında 3D-printerində çap edilmiş orijinal libası nümayiş etdirib. Don Mixail Şmidt (Michael Schmidt) və Frensis Bitonti (Francis Bitonti) dizaynerləri tərəfindən hazırlanıb.



On yeddi hissədən ibarət libas on üç min svarovski daşlarla bəzədilib. Don məşhur fotomodel Dita fon Tizin (Dita von Teese) üzərində təqdim olunub. Şmidt dizaynın özünə aid olan hissəsini iPad planşetində hazırlayıb. On yeddi fraqment və üç min birləşmənin detalları Bitontiylə Skype vasitəsilə razılaşdırılıb.

Shapeways bildirib ki, kompüter modelləşdirməsi nəticəsində, donun bədən formasına uyğunlaşdırılması o qədər dəqiq alınıb ki, hərəkətləri qətiyyən məhdudlaşdırmır.