2012-ci ilin Sentyabr ayında Azərbaycana yeni marka, yeni çay, berqamot ətirli çay gəldi konsepsiyası ilə bazara daxil olan Berqa aprel ayından etibarən “Berqa – Əhvalınızı dəyişdirəcək” süarı altında yeni kampaniyaya start verdi.
Yeni reklam çarxı hər bir insanın gündəlik həyatda yaşadığı stressdən sonra xoş mühitdə, yaxınlarının əhatəsində bir berqamot ətirli çay içərək zərif daddan həzz almaqla yanaşı xoş əhval-ruhiyyə, sevinc hissi yaşamasından bəhs edir. Əsas ideya berqamot ətirli çayın bəxş etdiyi ləzzətlə yanaşı stressin, gərginliyin aradan qaldırmasını və xoş əhval-ruhiyyə bəxş etməsini göstərməkdir.
Kreativ : “Znamenka”, Rusiya
Prodakşn : “Stink”, Ukrayna