Aprel ayında Coca-Cola 3X6 standart dizayn imkanlarından istifadə edərək qeyri-ənənəvi reklam kampaniyasına başlayıb.



Kampaniya çərçivəsində paytaxt küçələrində reklam daşıyıcıları (billboard) yerləşdirilmişdir. Asan quraşdırılan işıq qurğuları vasitəsi ilə bilbordlar insanlarda sevinc və rəqs əhval-ruhiyəsi yaradır.



Axşam vaxtı isə bilbordlar qeyri-standart dinamik işıqlandırma sayəsində musiqi klublarının afişasına bənzəyir.



Layihə BigBoard Ukraine qrupu tərəfindən həyata keçirilib.