Yandex reklam internet texnologiyaları ilə maraqlanan yeni başlayanlar üçün təhsil lahiyəsi olan reklam məktəbi açıb.
Oxuyanlar üçün bu sahədə dərir bilikərin və ya təcrübənin olması vacib deyil. Burada məzunlar, müxtəlif kursların tələbələri, öz məhsul və xidmətlərini sosial şəbəkələrdə reklam etməyi öyrənmək istəyən fərdi sahibkarlar və digər sahələrdə çalışan və öz fəaliyyətlərini dəyişmək istəyən proffessionallar iştirak edə bilərlər.
Yeni lahiyənin məqsədi digər tədris müəssələrində əldə edilə bilməyən bilikləri təqdim etməkdir. İntensiv kurs Yandex.Direct, Yandex.MarketYandeks.Metrika işlərinin əsasları ilə, eləcə də internet reklam kampaniyaların effektivliyinin yaradılma və analizinin ümumi prinsipləri ilə tələbələri tanış edəcək.
Məktəbdə tədris pulsuzdur. Proqram Yandex Moskva ofisində həftədə 3 dəfə keçirilməklə 20 tədris gününə nəzərdə tutulub. Reklam məktəbində Yandex-in əməkdaşları: müştərilərlə iş üzrə menecerlər, media planlaşdırıcılar, yardım xidmətinin mütəxəssisləri və kopirayterlər dərs deyirlər.
Məktəbdə ilk dərs şənbə günü - 13 apreldə keçirilib. Növbəti tədris iyul ayına planlaşdırılır.
Yandex-in kommersiya xidmətlərinin xəbərlərini reklam texnologiya bloqlarında və Direct-in Twitter-ində izləyə bilərsiniz.