General Motors avtomobil konserni Facebook sosial şəbəkənin yeni reklam imkanlarını testdən keçirməyə başladı.
Şirkət Facebook-un təklif etdiyi mobil reklamın yeni imkanlarının köməyi ilə Chevrolet Sonic avtomobilin reklamı üçün proqram sınaqdan keçirir. Sınağın detalları açıqlanmır. Şirkətin təcrübədən keçirdiyi reklam kampaniyasına çəkilən xərc də müəyyən deyil.
General Motors bir il əvvəl IPO sosial şəbəkə ərəfəsində 10 milyon dollarlıq Facebook üzrə reklam kampaniyasından imtina edib. Şirkət sosial şəbəkələrdə ödənişli elanların effekt yaratmadığını və Facebook-un pulsuz imkanlarını istifadə etmək niyyətində olduğunu söylədi. Hansı səbəbdən avtoistehsalçının öz yanaşma tərzini deyişməsi məlum deyil.