Ay Yapım imzalı seriallarda izlədiyimiz gözəl aktrisa Beren Saata son altı ayda üç böyük şirkətdən reklam təklifi gəlib.
"İndi mən karyeramın zirvəsindəyəm və 2 milyon dollardan aşağı olan təklifləri qəbul etmirəm", - deyə Beren Saat bildirib.
Məlumata görə, aktrisa bu qiyməti Kıvanç Tatlıtuğa baxaraq təyin etdiyi güman edilir. Belə ki, sonuncu "AkBank"ın reklam çarxında Tatlıtuğ eyni məbləğ qarşılığında çəkilib.