Nyu York şəhərinin meri Maykl Blumberq silah sahiblərinin hüquqlarını məhdudlaşdırmağa və onun satışına nəzarətin gücləndirilməsinə çağıran reklam kampaniyasına 12 milyon dollar vəsait ayırıb.
TV üçün nəzərdə tutulan reklam 13 ştatın əsas telekanalların efirində yayımlanacaq. Reklam odlu silahların azad satış hüquqlarını sərtləşdirən qanun layihəsinin sonrakı aqibətini müəyyənləşdirmədə senatorların birbaşa istirak etməsi məqsədi ilə əhalini onlara təzyiq etməyə təşviq edir.