Facebook, yeni tətbiqetməsi olan Home üçün ilk televiziya reklamlarını ortaya çıxarıb. "Airplane" adlanan ilk reklam çarxında işgüzar səfərdə olan bir nəfər və "onunla birlikdə gələn dostlar"dan bəhs edirlir.





Bir müddət sonra Mark Zuckerberg-in özünün də rol aldığı, "Lunch Day" adında olduqca maraqlı bir reklam yayımlanıb. Çarxda işcilərdən birinin Baş Direktora qulaq asmayaraq Home vasitəsilə Facebook lentinin yeniliklərini izləməyə davam etməsi nümayiş olunur.




"Lunch Day" reklamından bir gün sonra "Dinner" adında reklam təqdim edən Facebook, bu reklamda da axşam yeməyində baş tutan darıxdırıcı müzakirə zamanı qəhramanın telefon vasitəsilə necə asan Facebook-u izlədiyi göstərilir.




Home tətbiqinin reklam kampaniyası Wieden & Kennedy agentliyi tərəfindən hazırlanıb.



Reklamlarda Facebook-un Home tətbiqi ilə bərabər HTC First telefonu da görünür.



Qeyd edək ki, aprelin 12-dən etibarən Home Google Play-dən yüklənməyə təqdim olunacaq. Və eyni zamanda HTC First telefonuda rəsmi olaraq satışa çıxarılacaq.