OgilvyAction agentliyi ilə birlikdə Coca-Cola şirkəti “Coca-Cola Remix Bottle” adlı sosial musiqi layihəsi hazırlamışdır.
Adındanda bilindiyi kimi kampaniyanın mərkəzi elementi gündəlik həyat səslərini tuta bilən və onları qeyri-adi musiqi mix-lərinə çevirmək imkanına malik olan kola şüşəsidir. Coca-Cola layihəni həyata keçirmək üçün Yapon DJ və ixtiraçı Cun Fudjivara (Jun Fujiwara) ilə əməkdaşlıq etdi.
"Coca-Cola şüşəsini açaraq, siz xoşbəxtliyi açırsınız. Lakin 125 il ərzində bu səs dəyişməyib. Ona yeni səsləndirmə necə təqdim etmək olar?" - video çarx bu sual ilə başlayır. Çarxda Fudjivara Coca-Cola şüşəsindən səs yazan qurğu hazırlayaraq ən fərqli səsləri yazmaq üçün şəhər gəzintisinə yollanır. Bu səslərin əsasında DJ YouTube-dan link vasitəsilə yüklənə bilən və zəng melodiyaları kimi istifadə edilə bilən bir sıra remikslər təqdim etmişdir.
"Coca-Cola Remix Bottle köməyi ilə biz ənənəvi şüşə açmaq mərasiminə yeni bir məna təqdim etdik", - deyə Coca-Cola Company, ASEAN IMC direktoru Leonardo O-Grady bildirib.