Microsoft ABŞ-da 2012-ci ildən başlamış və Windows Phone ilə Bing axtarış sistemini təbliğ edən "Scroogled" təxribat reklam kampaniyasının yeni mərhələsinə başladı.
Çarxların konsepsiyası Microsoft-un rəqibi - Google şirkətinin istifadəçilərin şəxsi məlumatlarının öz mənfəəti üçün pis niyyətli istifadəsinə və öz "yaxşı" oxşar təklifləri əvəzinə Google-un müxtəlif "pis" məhsullarını təklifinə əsaslanır. Yeni, üçüncü epizodda diqqət Google Play-in "mənfiliklər"inə yönəlib, yəni Google üçüncü şəxsin əlavələri alıb və ya pulsuz yükləyən zaman ona müştərinin şəxsi məlumatlarının verilməsində günahlandırılır.
Microsoft Google Shopping, Google Maps və digər xidmətlərin mənfi cəhətləri haqqında istehzalı "antigoogle" videolarını Scroogled Truth Youtube-kanalından baxa bilərsiniz. Eyni zamanda onlara istifadəçilərin Google haqqında "dəhşətli həqiqət"ləri öyrənə biləcəyi, Bing-u axtarış sistemini seçərək Windows Phone ilə tanış ola bilələcəyi xüsusi yaradılmış Scroogled saytından baxa bilərsiniz.
"Scroogled" sözü hərfi mənada tərcümədə "Google şirkəti tərəfindən aldadılanlar" mənasını verir.