Traffic Responsibility Action ictimaiyyəti məlumatlandırmaq və hərəkət zamanı məsulliyyəti artırmaq məqsədi daşıyan qeyri-hökumət təşkilatıdır.
Piyadalar və sürücülərə yol keçidlərində davranış qaydalarını xatırlatmaq üçün DriveDentsu İstanbul reklam agentliyi piyadalar ilə yol keçidi şəklində supermatketdə kassa lenti üzərində reklam hazırlamışdır. Reklam vasitəsi kassa aparatına yaxınlaşan zaman lent dayanır. Eyni şəkildə avtomobillər piyadaların yolu keçmək üçün imkan yaradaraq yol keçidinə yaxınlaşan zaman dayanmalıdırlar.
Təşkilatın başqa bir kampaniyası yollarda məsuliyyətsiz davranışın nəticələri haqda düşünməyə çağırır. Yaradıcılar yollarda bədbəxt hadisələrin sayı haqqında danışmaq üçün metro vaqonlarında oturacağları əlil arabalarına çevirdilər. İstanbulda gündəlik 230,000 sərnişin metrodan istifadə edir və 200,000 adam hər il yol qəzalarının nəticəsində ağır zərər alır.