BlackBerry yaradıcı direktoru Alicia Keys təyin olunan "Keep Moving Projects" yeni kampaniyasının yaradıcı hissəsinə keçid aldı.
Kampaniya yeni BlackBerry Z10 smartfonlarının sahiblərini layihədə kreativ iştirak və müğənni ilə əməkdaşlıq üçün cəlb etmişdir.
Video çarxda Alicia Keys smartfonun yeni tənzimləmə funksiyasından istifadə edərək onun son dünya turunun videotekasına töhfə vermək xahişi ilə azarkeşlərinə müraciət edir.
Həmçinin layihədə yazıçı Neil Gaiman və rejissor Robert Rodriges iştirak edirlər. İstifadəçilər Gaiman tərəfindən yazılmış 12 hekayəni əks etdirərək yazıçıya nağıl təqvimini yaratmaq üçün, rejissora isə filmlə bağlı (bu layihənin detalları sonra açıqlanacaq) kömək edə bilərlər.