Coca-Cola internetdə 61 saytdan istifadə edərək "Ahh Effect" adlı ilk qlobal marketinq kampaniyasına başlayıb.
Kampaniya yeni təəsuratlar yaradaraq hər dəfə yeni “H” hərfini əlavə edərək ahh.com ilə ahhh.com, ahhhh.com və sair kimi saytlar istifadə edir. Kampaniya müddətində saytların adı getdikcə daha da uzanır.
Coke “The Ahh Effect”-i öz ilk all-digital kampaniyası adlandırır. Hədəf istehlakçı əvvəldən mobil telefonlar üzrə kontenti istifadə edən gənclər seçilmişdir. Bu səbəbdən kampaniyaya mini-oyunlar, animasiya və gülməli videolar kimi qısa məzmun daxil olacaq.
Marka Facebook və Twitter-də reklam kampaniyası planlaşdırır. Gənclərin ortaya çıxartdığı və öz təcrübələrinə əsaslanaraq yaratdıqları arasından seçilən 25 ən bəyənilən yaradıcı ideya Coke-Cola şüşələrini bəzəyəcək.
Wieden & Kennedy Portland tərəfindən hazırlanan kampaniyanın ideyası içkini kreativ işlərin mərkəzinə çevirməkdən ibarətdir.