Qeyri-qanuni saytdan filmi izləyənlərin interneti kəsiləcək.



Ümumi 2200 kinoteatıra sahib, Türkiyədə isə 510 kinoteatır işlədən Mars Entertainment Group-un CEO-su Müzəffər Yıldırım, bundan sonra edəcəkləri yeni sərmayələrdə Anadolu bölgəsinə diqqət verəcəklərini bildirdi. Eyni zamanda şirkəti böyüdərkən yerli film sənayesini də dəstəkləməyi məqsəd qoyublar. Və təbii ki, piratlarla mübarizə. Ötən ayların Mədəniyyət Nazirliyi Müəllif hüquqları baş direktoru Əbdürrəhman Çelikin verdiyi, "Film yükləyən deyil, faylı paylaşan şəxsə sanksiyalar tətbiq olunacaq" açıqlamasının əksinə Müzəffər Yıldırım yeni bir qərarı bildirdi ki, "Qeyri-qanuni saytlardan film izləyənlərə də, yəni son istifadəçiyələ də sanksiyaların tətbiqi müzakirə edirik. Pul ya da başqa bir cəza deyil. Filmlərin yükləyən, ya da izləyən IP nömrəsindən təsbit ediləcək və interneti kəsiləcək."



DÖRD İLDƏ KİNO OLMAYACAQ



Türkiyənin 24 vilayətində fəaliyyət göstərən Mars-ın məqsədi 40 ilə, 2015-ci qədər də 510 kinoteatrdan min kinoteatradək yüksəlmək. İnkişafın yeni istiqaməti Anadolu seçilib. Hal-hazırda Iğdır, Kilis, Bitlis və Hakkaridə heç bir dənədə kinoteatr yoxdur. Yalnız Şırnakda Mars-ın inşasını yeni tamamladığı bir kinopteatr var, ancaq hələ açılışı olmayıb. Sektorun böyüməsi üçün Anadolu bölgələsində açılan AVM-lər bir fürsətdir. Çünki yoldaşını, qızını bazara tək göndərməyən kişilər, mövzu AVM olunca, "Yaxşı gedə bilərsən" deyirlər.



8 MİLYON ADAM YÜKLƏDİ



CMYLMZ-ı filmini 7.8 milyon adamın internetdən izlədiyini söyləyən Müzəffər İldırım, "Bu olmasaydı 1.5 milyon adam daha izləmək üçün kinoteatra gələrdi" dedi.



BÖYÜK MÜKAFAT



Avropanın ən böyük kino birliyi olan və 33 min kinoteatrı təmsil edən UNIC (International Union of Cinemas) tərəfindən təqdim olunan "İlin Beynəlxalq Film Qrupu" mükafatı Mars Entertainment Group-una verildi. UNIC bu mükafatı öz müşahidə və qiymətləndirmə nəticəsində təqdim edir.



YERLİ FİLMLƏRƏ MADDİ DƏSTƏK



Kifayət qədər kapitalı olmadığına görə çəkilə bilməyən Türk filmlərini dəstəkləyən Mars, keçən il Dağ, Jin ve Evə Qayıdış filmlərinin bütövlükdə 7 milyon lirəlik büdcəsinin 30 faizini ödəmişdir. Bu il də yerli film istehsalına 20 milyon lirə ölçüsündə dəstək verilməsi planlaşdırılır. Müzəffər Yıldırım bildirdi ki, "Öz imkanları ilə çəkiləbilən deyil, dəstək olmasa çəkilə bilməyəcək filmlərlə maraqlanırıq. Bu səbəbdən həftədə 6-7 yeni ssenari oxuyuruq."