İki görkəmli kinematoqrafçıların - rejissor Qillermo Arriaqa (Guillermo Arriaga) və operator Yanuş Kaminskinin (Janusz Kaminski) iştirakı ilə Nikon-un qorxu üslubunda 10 dəqiqəlik filmi işıq üzü görmüşdür. Layihə Nikon D800 kamerasının imkanlarını nümayiş etdirmək üçün nəzərdə tutulub. Lakin o, uğurlu olduğu üçün "Sundance 2013" müstəqil film festivalının proqramına daxil edilib.
Video “Broken Night” adlanır və onun sujetini heç bir etiraz olmadan dəhşətli adlandırmaq olar. "Tamaşaçılar gözəllik və qorxu kimi hisləri yaşamalıdırlar." – deyə Qillermo Arriaqa bildirib.
Filmin süjeti gözlənilməz və sürətlə inkişaf edir. Körpəsinində oturduğu avtomobili sürən qadın idarəetmənin öhdəsindən gəlmir və avtomobil çevrilir. Çevrilmiş avtomobili yoldan keçənlər görənədək onlar baş aşağı vəziyyətdə qalmağ məcburiyyətində idilər. Lakin bu görüş xilasedici olacaqmı?