Yeni "Windows Phone" rəqiblərinə epik parodiya çarxı təqdim etdi. Son bir neçə ildir ki, mobil telefon bazarında Apple və Android arasında qarşı durmalar qeyd alınır və tərəflərdən hər biri "rəqabətdə bütün vasitələr yaxşıdır" prinsipini əsas tutaraq, reklam kampaniyalarında rəqibinə (Samsung şirkəti - "Apple fanboys") hər cür "ilişir". Crispin Porter + Bogusky agentliyinin yeni video çarxında Nokia Lumia 920-lə Microsoft rəqibləri döyüşə atılirlar və özlərini bu xoşagəlməz hekayədə alternativ olaraq mövqeyə qoyurlar.
Rejissor "Roman Koppola" tərəfindən hazırlanmış çarx toyda başverən hekayəni nümayiş edir. Toya gəlmiş qonaqlar arasında Apple-ın və Android-in azarkeşləri də var, onlar fürsətdən istifadə edərək telefonlarının imkanları mövcudluğu haqda mübahisə edirlər: bir tərəf toxunma vasitəsi ilə təsvirlərin ötürülməsiylə Samsung Galaxy fəndini nümayiş etdirir, digər tərəf isə, qonaqlara Siri vasitəsilə təhqirlər ötürür. Nokia-ın dürüst azarkerşləri isə döyüşü kənardan sakitcə müşahidə edirlər. Çarxın sloqanı: "Do not fight. Switch aptly summarises it all".