"Kosmos" Yekaterinburq reklam agentliyi "Talisman" xarici dil tədris mərkəzi üçün ingilis dili bilməməyin yaratdığı çətinliyi əks etdirən maraqlı kampaniya hazırlayıb.
Statistikaya görə, Rusiya əhalisinin cəmi 10%-i ingiliscə səlis danışa bilir. Bununla yanaşı vətəndaşlar xarici dil bilik səviyyələrini kifayət qədər olduğunu və əlavə təhsil almağa ehtiyyac olmadığını düşünürlər. Vətəndaşlara onların bilik səviyyəsi bir fincan qəhvə sifariş etməyə belə kifayət olmadığını göstərmək üçün yaradıcılar "dekorasiya dəyişikliyi" ilə Yekaterinburg mərkəzindəki məşhur kafeni əsl ingilis kafesinə çevirdilər.
Kampaniyanın bütün iştirakçıları jestlər və hətta Yandex.Images xidmətlərindən istifadə edərək özlərinə kömək etməyə çalışdılar. İştirakçıların cəhdləri diqqətdən yayınmadı və kafe ziyarətçiləri xarici dil tədris mərkəzinə ödənişsiz dərsdə dəvət olundular.
Yaradıcı komanda:
Müştəri: "Talisman" xarici dil tədris mərkəzi
Agentlik: "Kosmos" (Yekaterinburq)
Kreativ direktoru: Nataliya Bryantseva
Kopirayter: Andrey Çyornı, Marina Çıpuştanova
Prodüser: Dariya Petrova