İsveç dəb markası H&M-dən gözlənilməz sevindirici xəbər gəldi: Amerikalı R&B müğənnisi Beyonce yeni kolleksiyanın reklam kampaniyasının siması oldu. Ulduz çimərlik fotosessiyası üçün çəkilib və marka artıq ilk kadrı, şəkillərin tam kolleksiyasını, video çarxı və nəhayət yeni fotoları ictimaiyyətə təqdim edib. Kampaniya üçün Beyonce-un fotoçəkilişi bu ilin yanvar ayında Baham adalarında keçirilib. Çəkiliş məşhur fotoqraflar İnes van Lamsveerd və Vinud Matadin tərəfindən keçirilmişdir.
Ulduzun yeni "Standing on the Sun" mahnısının səslədiyi video çarxı rejissor Yonas Ekerlund çəkib. "Dəbdəbəli və sərfəli geyim istehsalçısı kimi mən həmişə H&M markasını sevmişəm. Reklam kampaniyasında biz qadın emosiyalarını dörd element - od, su, torpaq və külək – formasında təqdim etdik. Bu tropik adada baş verən təəccübləndirici çəkiliş idi." – deyə mügənni öz fikirlərini bildirdi.
Xatırlatmaq istəyirik ki, Beyonce-dan əvvəl H&M markasını Lana Del Rey, Vanessa Paradi, Devid Bekxem və digər ulduzlar təqdim ediblər.
İlk kadr
Şəkillərin tam kolleksiyası
Video çarx
Yeni fotolar