Nadir istisna ilə aprel ayı çox romantik və məhəbbətlə dolu bir ay olaraq keçdi. Zorakılıq haqda dəşətli sosial çarxlar, tramplindən tullanan çizgi filmlərinin sevimli zürafələri təəccübləndirdi. Aprel ayı ərzində ən çox müzakirə olunan və maraqla izlənilən video çarxlardan bir neçəsi aşağıda sizlərə təqdim edirik:
LG reklamı tualetdə kişiləri şoka saldı
LG IPS monitorlarında təsvirlər o qədər həqiqidir ki, onları həqiqət kimi qəbul etmək olar. İctimai kişi tualetində adi çap reklamını göstərən monitorlar quraşdırılmışdır və bir anda monitorda müxtəlif şəkillər meydana çıxır. Kampaniyanın nəticələrinə görə, kişilərin əksəriyyəti nələrin baş verdiyini 16 saniyədən sonra anladılar.
Dove: Sən düşündüyündən daha gözəlsən
Yeni reklam çarxında təsvir üzrə qadınların portretlərini çəkən rəssam cəld olunub. Rəssam eyni qadının portretiylə iki sketç çəkir: bir onun şəxsi təsviri üzrə, digəri isə təsadüfi kənar şəxs tərəfindən izah olunan təsvir üzrə. Qadınlar pərdə arxasında oturaraq ən xırda təfərrüatlarda üz çizgilərini, saçlarını, dərilərini, xarici görünüşlərini və digər xüsusiyyətlərini rəssama təsvir edirdilər.
Bir ömürlük öpüş
"Vodafone Red" tarifinin irəliləyişi üçün kampaniya çərçivəsində Vodafone mobil operatoru yeni video çarx təqdim etdi . "Grey London" agentliyi tərəfindən hazırlanmış reklamda bir öpüş vasitəsilə uzun ömürlü sevgi hekayəsi nümayiş olunur. Beləliklə Vodafone-un reklam kampaniyasının yeni şüarı "Good things should last forever" kimi qeyd etdi.
Evian körpələri qayıtdılar
Evian, rəqs edən körpələri bu dəfə “Baby&Me” kampaniyası ilə yenidən qarşımıza gətirir. Yeni kampaniya üçün BETC Fransız reklam agentliyi tərəfindən çəkilən çarxda yetkinlər əks olunan səthlərə baxdıqlarında körpəlik dövrləri ilə qarşılaşırlar. "Baby&Me" reklam kampaniyası növbəti dəfə yaşdan asılı olmayaraq Evian üçün cavanlıq — universal və pozitiv bir dəyər olduğunu göstərməyə çalışdı.
Durex internet vasitəsilə qızları əzizləyir
DUREX-in inkişaf etdirdiyi yeni alt paltarlarıyla inteqrasiya etdiyi android tətbiqi cütlükər arasında uzaqdan telefonla edilən hərəkəti, onlarda canlı toxunuş hissi oyadır.
Samsungdan epik reklam
Zürafələrin suya tullanmaları
Məişət zorakılığı haqda əzablı çarx
Sosial reklam iki ürəyin hekayəsindən danışdı