Avstriya paraşutçusu "Feliks Baumqartner" stratosferdən tullanaraq, səsli baryerin öhdəsindən gəlmiş ilk insan olmuşdur və "Red Bull ruhlandırır" sloqanını təsdiq etmişdir.
Paraşutçu hava kürəsindən asılmış kapsulda 39 kilometr hündürlüyə (39 014 m) qalxmışdır. Bu isə nə vaxtsa hava kürəsində insanın qalxdığı maksimal hündürlükdür. Daha sonra o 9 dəqiqə 3 saniyə, həmçinin 4 dəqiqə 19 saniyəlik havada azad hərəkətlərlə tullanmasını həyata keçirmişdir. O nəqliyyat vasitələrinin köməyi olmadan sürəti 1173 km/saata inkişaf etdirən səsli baryerin öhdəsindən gəlmiş ilk insan oldu. Feliks Baumqartner uçuşu sabitləşdirdi, paraşutu açdı və ABŞ-da Yeni-Mexiko ştatının səhrasında hesab nöqtəsi olan yumşaq yerə endi. Feliks bununla yanaşı bir neçə dünya rekordu qırmışdır.
İdmançı Red Bull şirkətinin mətbuat xidmətinə müsahibə verərkən bildirmişdir ki, "Kapsuldan çıxış mükəmməl keçdi, lakin daha sonra yavaş-yavaş fırlanmağa başladım. Düşünürdüm ki, bu proses az bir müddətdə davam edər, lakin sonra fırlanma sürətlənməyə başladı. Bir neçə saniyə ərzində şüurumu itirdiyimi zənn etdim və heç bir səsli zərbə hiss etmədim, çünki vəziyyəti düzəltməklə məşğul idim. Bu isə göründüyündən və mənim təsəvvür etdiyimdən daha da sərt oldu".
Dünya rekordunun və möhtəşəm reklam aksiyasının quraşdırılması ilə yanaşı bu tullanmanın elmi cəhəti də mövcuddur. Tənzimçilərin vasitəsilə NASA kosmik agentliyinin alimləri, səsin və yaranan zərbə dalğasının sürətinin öhdəsindən gəlməsinə insan bədəninin reaksiyasının tədqiqatı üçün lazımlı məlumatlar əldə edə bilmişdirlər. Həmçinin "Model Maker Fair" modelləşdirilməsi üzrə yarmarkanın təşkilatçısı Lego konstruktorundan istifadəylə analoji reklam çarxını yaratmışdır.