“Procter&Gamble” şirkəti və Milli Olimpiya Komitəsi arasında 1 illik tərəfdaşlığın nəticələrinə və gələcək planlara həsr olunan mətbuat konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan “Procter Gamble” şirkətinin Qafqaz ölkələri üzrə direktoru Tayqun Günay ilk öncə şirkət haqqında məlumat verib: “Məqsədimiz istehlakçıların həyatını yaxşılaşdırmaq və onlara yaxın olmaqdır. Şirkətimiz hər zaman məhsullarının insanlar üçün əlçatan, tələblərə cavab verən və keyfiyyətli olması üçün çalışır”. Şirkətimiz Pampers, Ariel, Gilette, Always, Wella, Head&Shoulders, Blend-a-medPantene kimi qabaqcıl, etibarlı, güclü brendlərin sahibidir.



T. Günayın sözlərinə görə, Azərbaycanda 7 milyon insan gündəlik olaraq P&G-nin hər hansı bir məhsulunu alır və ya istifadə edir. “Dünya üzrə idmanın inkişafı, məktəblər üçün idman avadanlıqları, uşaqların yay idman düşərgəsində iştirakını dəstəkləmək məqsədi ilə artıq 6 milyon dolardan çox vəsait ayrılıb. P&G brendləri ilə uşaqların ən yaxşı şəkildə idmana başlamasını, gələcəyin ulduzları olma potensialı daha erkən yaşlarında kəşf olunmasını təmin edə bilərik” - deyə, T. Günay əlavə edib.



Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, P&G şirkətinin gənclərin idmanla inkişafı sahəsində götürdüyü öhdəliyini dəstəkləyir: “Mən P&G şirkətinin Azərbaycanda uşaq idmanının inkişafını dəstəklənməsini alqışlayıram və gələcəkdə uşaqlarımıza göstərdiyi bu dəstəyi davam etdirəcəyinə ümid edirəm.”.



“P&G öz brendləri ilə dünyada təqribən 4.4 milyard insana xidmət göstərir. Şirkətin etibarlı, keyfiyyətli və qabaqcıl brendlərindən ibarət ən güclü portfellərdən birinə sahibdir”. Bunu isə çıxışı zamanı “Procter&Gamble” şirkətinin xarici əlaqələr üzrə meneceri Səkinə İbrahimova bildirib.



S. İbrahimovanın sözlərinə görə, Milli Olimpiya Komitəsi ilə yeni layihələr planlaşdırılır. Layihə “2013-cü ilin Olimpiya Yay Məktəbi” adlanacaq. “Layihədə 10-16 yaş uşaqlar iştirak edə biləcəklər”.



“Təşəkkürlər Ana!” aksiyası barədə də məlumat verən menecer vurğulayıb ki, aksiya çərçivəsində ötən il “Procter&Gamble” şirkətinin sponsorluğu ilə təşkil olunmuş 50 uşaq yay idman düşərgəsində iştirak edib. “Şirkətimiz həmin proqram çərçivəsində məşhur idmançımız İntiqam Zahirovun anasının Londona səfərinin sponsorluğu və oyunlardan birində iştirakını təşkil edib”.