İspan uşaqlara yardım fondu ANAR yeni reklamı ilə uşaqlara və böyüklərə görə dəyişən bir reklam lövhəsi yerləşdirib.
ANAR Fondu ailədaxili zorakılıq və sərt münasibətin qurbanı olan uşaqlara kömək edir. Yeni reklam kampaniyası ilə fond iki məqsədə nail olmaq istəyir. Birincisi, öz fəaliyyəti haqqında böyükləri məlumatlandırmaq, ikincisi isə, uşaqlara öz telefon nömrəsini vermək və onlara kömək olunacağını əmin etmək.
Grey agentliyinin İspaniya filialı iki fərqli bucaqlardan fərqli görsənən “print”də iki mesajı birləşdirməyi bacardı.
Böyüklər üçün mesaj: “Bəzən uşaqlarla sərt münasibət yalnız ondan əziyyət çəkənlərə görünür.”
Uşaqlar üçün mesaj: “Kimsə səni incidirsə, bizə zəng et və biz sənə kömək edəcəyik.”
Ətraflı videoda: