Chanel şirkətin 100 illiyinə həsr olunmuş Kira Naytlinin (Keira Knightley) baş rolda ifa etdiyi 18 dəqiqəlik “Once Upon a Time” (“Bir zamanlar”) filmini təqdim edib.



Coco Mademoiselle siması olan aktrisa filmdə daha yaxşı moda evi təsisçisi Koko Şanel (Coco Chanel) kimi tanınan Qabriel Bonhör Şanel-in (Gabrielle Bonheur Chanel) rolunu oynayır.



Filmi Chanel-in kreativ direktoru Karl Lagerfeld hazırladı.



Tamaşaçını Fransanın Dovil şəhərinin 1913-cü ilinə aparan filmin ideyası qadın geyimlərinin üslubunun yeni konsepsiyasının tətbiq edərək marka yaradıcısının modaya çağırış etməsini göstərməkdir.



“Once Upon a Time” filmi 8 mayda Sinqapurda keçirilən Chanel-in yeni kolleksiyasının nümayişindən əvvəl təqdim olunub.