Braziliyalının "Antartica" pivə markası Rio Karnavalının kefini çıxaran istehlakçıların evə dönüşləri əsnasında heç kimin keyfinin qaçmamasını təmin etmək məsədilə, karnaval əsnasında maraqlı bir kampaniya icra etdi.
Spirtli karnaval iştirakçılarının evlərinə öz vasitələri yerinə kütləvi nəqliyyat ilə dönmələrini təşviq etmək məqsədi daşıyan marka, boş pivə qutularının metro bileti olaraq istifadə edilə biləcəyi bir kampaniya hazırladı.
Braziliyanın Almap BBDO agentliyi tərəfindən hazırlanan kampaniya da boş qutularının barkodları elektronik bilet olaraq istifadə olundu və beləcə karnaval tamaşaçıları içdikləri pivələrin qutularının vasitəsilə metroyla evlərinə heç bir ödəniş ödəmədən qayıtma şansı əldə etdilər.
"Pivə Turnikesi" adlı kampaniyanın tətbiq olunduğu dövrdə saatda 1000 istifadəçi pivə qutularını istifadə edərək metroya daxil olmuşdur. Toplamda isə kampaniya dövründə metroya daxil olarkən pivə qutusundan istifadə edənlərin sayının normal bilet istifadə edənlərə nisbətən 87% daha çox olduğu təsbit edilmişdir.