Miami Ad School Berlin, dünyanın ən ucuz hava yolları agentliyi Ryanair, hər il milyonlarla avroya qənaət etməsinə baxmayaraq heç cür şikayətlənməkdən imtina edə bilmədiyi müştərilərinə agentliyini seçdikləri xatırlatmaq üçün cəsur bir kampaniya hazırladı.



"Qiymətlər bu qədər aşağıykən susun və uçun" şüarı ilə hazırlanan kampaniyada müştərilər Ryanairi komfortlu olduğu üçün deyil, ucuz olduğu üçün seçdikləri həqiqəti ilə üzləşdirilirlər.



Kampaniya üçün olduqca cəsur və çox dürüst olaraq təyin oluna biləcək elanlar hazırlandı. Kampaniya müddətində gələn şikayətlərə markanın CEOsu "Michael Kevin OLeary"nin şəxsən yazdığı məktublarla cavab verməsi nəzərdə tutulub. Bir çox adama görə, qəribə və radikal rəftarları ilə qlobal hava yolları sektorunda tez-tez adı çəkilən bir ad olan OLeary, məktublarına sarkastik fotoşəkil əlavə etməsi də laqeydlik kimi qəbul edilmədi.



Kampaniyanın online olmasını nəzərə alaraq, Ryanair internet saytına giriş hazırlandı və saytda şikayət formasına daxil olmaq istəyən istifadəçilərə şikayətlərini yaza bilmələri üçün yalnız 10 saniyə müddət verilib.



Hava limanına yerləşdirilməsi planlanan şikayət qutuları proyektin ən maraqlı ünsürlərindən biri hesab olunur. Tövsiyələr üçün sıravi qutular istifadə edilərkən, şikayətlər üçün ya ortalama boy uzunluğundakı bir insanın çata bilməyəcəyi qədər uzun ya da içərisində kağız parçalayıcı cihaz olan qutular istifadə olundu.



Advertising School: Miami Ad School Europe, Berlin, German


Art Director: Hugo Gstrein


Copywriter: Patrick Tamisier


Tutors: Fedja Kehl, Niklas Frings-Rupp