Bir neçə ildir ki, Coca-Cola bizi xoşbəxtliyi bölüşməyə çağırır və şirkət ilə bu və ya digər şəkildə bağlı olan “yaradıcı beyinlər” bu müsbət ideya üçün yeni fikirlər irəli sürürlər. Ogilvy & Mather Sinqapur komandası ilə birlikdə hazırlanmış son kampaniya sözün əsl mənasında pozitivi, yəni kola qablaşdırmasını ikiqat artırmağa yardımçı olur.


Xüsusilə bu məqsəd üçün iki hissəyə ayrıla bilən ikili qablsşdırma hazırlanmışdır. Belə bir qablaşdırma artıq məhdud sayda yalnız Sinqapurda satışa buraxılmışdır.