Ogilvy Paris reklam agentliyi Diet Coke içkilərini təşviq etmək üçün maraqlı bir üsul fikirləşib. Yeni kampaniya çərçivəsində yaradıcılar Slender Vender (qazlı içki satışı üçün dünyanın ən nazik avtomatı) hazırlayıblar.



Yeni məhsulun necə nazik olmasını nümayiş etdirmək üçün yaradıcılar onu bir neçə müxtəlif məkanlarda yerləşdirdilər. Yoldan keçənlər belə bir kiçik içki avtomatının mövcudluğuna inana bilmirdilər və bunun bir zarafat olduğunu fikirləşirdilər. Lakin bir müddət sonra onlar məmnuniyyətlə bir neçə şüşə Diet Coke aldılar.