McDonalds Böyük Britaniyada "Leo Burnett London" tərəfindən hazırlanmış "We All Have McDonalds In Common" adlı kampaniya keçirir.


McDonalds "Parallel Lifes" adlı yeni reklam çarxını buraxdı. Kampaniya çərçivəsində ilk"Dave" adlı çarx bu ilin fevral ayında çıxmışdı. Yanvar ayında isə, Leo Burnett yeni "McBites"adlı reklam çarxını təqdim etmişdi.
Reklam çarxında Britaniyada yaşayan 2 insanın həyat tərzləri nümayiş olunur. Yaşlı kişi və gənc oğlanlar qrupu bir-birlərinə yaxın yaşamaqlarına baxmayaraq, tamamilə müxtəlif işlərlə məşğul olurlar lakin onları McDonalds birləşdirir.
"We All Have McDonalds In Common" adlı çarx insanlara markanın "BigMac and fries" kimi məhsullarını göstərmək məqsədilə hazırlanmışdır.