Facebook-un rəsmi press-relizində bildirilir ki, sosial şəbəkə bu il artıq səhifələrdə reklam bloklarını iki dəfə azaltmaq niyyətindədir. Hal-hazırda sosial şəbəkə reklam verənlərə eyni hədəfləri təqib edən və ləğv olunacaq reklamın 27 müxtəlif formatını təqdim edir.
Məsələn, bundan sonra "Questions" formatı istifadəçilərə əlçatan olmayacaq, beləki, sosial şəbəkənin mütəxəssislərinin fikrincə, marketoloqlar artıq sualları postlarda verərək, cavablarını şərhlərdə ala biləcəklər. Reklam formatlarının ixtisarı tədricən baş verəcək, lakin ilkin dəyişikliklər artıq cari ilin iyulunda baş tutacaq.
Yeniliklər reklam formatlarının sayını azaldaraq, reklam verənlər üçün reklam prosesini daha da sadələşdirəcək.
Bundan başqa, Facebook reklam elanlarının bütün növlərinə "ödənmiş tarixlər" funksiyasını da əlavə etməyi planlaşdırır. Hələlik isə, reklam verənlər reklamın digər növlərinə əlavə olaraq "ödənmiş tarixləri" sifariş edə bilərlər.