Reklam standartlarının Britaniya komitəsi hollivud aktrisası Pamela Andersonla yeni reklamının nümayişlərini qadağan etdi
"Dreamscape Networks Ltd" şirkətinin televiziya çarxı ehtiraslı və alçaldıcı olduğu bildirildi. Çarxın süjetinə əsasən 45 yaşlı aktrisa - işgüzar obrazda bir qadındır və assistentlə birlikdə biznesmenlərin dolu olduğu konfrans zalında oturur.
Aktrisanın katibəsi qəhvə hazırlayarkən, zalda oturanlardan biri xanımların bikinidə rəqsinin xəyalını qurur. Qəzetdə qeyd olunduğu kimi, Britaniyada bu reklam çarxının nümayişinə yalnız 21.00-dən sonra icazə verilib.
Lakin reklam standartlarının komitəsi bir çox tamaşaçının şikayətlər qəbul edərək, çarxların nümayişinə qadağa qoymaq qərarına gəldi. Həmçinin idarədə reklam çarxı "adi işgüzar görüşlərə" parodiya olduğunu və aktrisaların dinamik biznes-xanımınlarını təsvir etdikləri bildirilir.
Bununla belə, komitənin əməkdaşları qeyd etdilər ki, Andersonun və onun kolleqalarının bikinidə səhnədən kənar çəkilişləri "çox ehtiraslı" şəkildə təsvir olunub. Çarxda aktrisaların köynəklərinin üst düymələrinin açıq olması və alt paltarını ayırd etmək mümküm olduğundan, komitə çarxı "ehtiraslı və cazibədar obyekt" kimi hesab edir.
Dreamscape Networks Ltd isə, öz növbəsində reklam çarxına ünvanlanan bütün ittihamları rədd etdi.