AdAge-dən verilən məlumata görə, son 3 ildə bu vəzifəni Facebook-un marketinq məhsulları üzrə vitse-prezidenti Erik Antonov tuturdu. Sosial şəbəkənin təmsilçiləri məlumat verirlər ki, Antonov öhdəliklərini təhvil verənə qədər Facebook-da qalacaq və yalnız sentyabrda təhsil sahəsindəki layihəsini aparmaq üçün buranı tərk edəcək.



Proqram direktoru "Şerl Sandberq"a tabe olan Antonovdan fərqli olaraq, Briqs məhsul üzrə direktor Kris Koksa tabe olacaq.



Briqs Facebook-a keçən ildən Google şirkətinə məxsus olan "Motorola Mobility"-dən gəlmişdi. Bundan əvvəl o, hədiyyəlik sertifikatlar istehsal edən "Plastic Jungle"-a rəhbərlik edirdi, həmçinin marketinq təbriklərini istifadəçilərə çatdıran eBayPayPal-da rəhbər vəzifə tuturdu.Eyni zamanda 6 ilə yaxınPepsiCo-da da çalışmışdır. Briqs Facebook-da bütün məhsul və platformaların marketinqinə, tədbirlərin keçirilməsi və kontent strategiyalarına rəhbərlik edəcək.



Ümumən Facebook istifadəçilərinin sayı 1,15 milyarddır, 819 million insan isə Facebook şəbəkəsinə telefondan daxil olur.