Uğurlu layihələrini davam etdirən “Havas Worldwide Baku” bu dəfə “Atena” süd məhsulları üçün nəzərdə tutulan brendinq sahəsi ilə diqqət çəkməyi bacarıb.



“Fresco” marketində quraşdırılan brendinq sahəsinin tərtibatı “100% öz fermamızın südü” şüarından istifadə etməklə istehlakçıya məhsulun tam təbiiliyini çatdırmaq konsepsiyası üzərində qurulub. Ümümi fonda dağlar, çəmənliklər və «Atena» fermasının təsviri, inək maketi bu konsepsiyanı daha əyani şəkildə canlandırıb. Süd məhsulları saxlanılan soyuducunun taxta araba üzərində yerləşdirilməsi, arabanın taxta çəpər, saxsı kuzələr, güllər və yaşıllıqla əhatələnməsi iri marketdə sanki kənd həyatının bir guşəsini yaradıb.




Qeyd edək ki, “Havas Worldwide”ın Bakı nümayəndəliyi 2012-cü ilin dekabr ayında fəaliyyətə başlayıb və Kreativ Biznes İdeyalar hesabına brendin istehlakçılarla üzünmüddətli, həqiqi bağlılıq və münasibətlər yaratması, biznesin böyük fayda gətirə bilməsi üçün fədakarlıq göstərən ixtisaslaşmış peşəkar heyətə malik kreativ agentlikdir.